"Müharibə bu sürətlə təxminən 7-10 günə İsrailin qələbəsi ilə yekunlaşacaq".
Bunu "Unikal"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, İran daha çox itkilərə məruz qalır:
"Demək olar ki, bu ölkənin aviasiya və hava hücumundan müdafiə sistemlərinin fəaliyyətləri kifayət qədər zəif təəssürat bağışlayır. İsrail isə İran səmasında özünü daha komfortlu şəraitdə hiss edir. İranın bütün perimetri boyunca yerləşən hərbi infrastruktura, nüvə obyektlərinə, neft-qaz müəssisələrinə və idarəetmə məntəqələrinə dəqiq atışlar həyata keçirir. Digər tərəfdən, ABŞ-ın yaxın perspektivdə aviadaşıyıcı qruplaşması vasitəsilə münaqişəyə qoşulmaq ehtimalı böyükdür. ABŞ da bu proseslərə qoşularsa, İranın bir həftə müddətində təslim olması gözlənilir", - deyə ekspert vurğulayıb.
Anar Kəlbiyev