Zəlzələyə baxmayaraq əməliyyatı davam etdirən onkoloqlar dövlət mükafatlarına təqdim olunacaqlar.

"Unikal" xəbər verir ki, bu barədə Kamçatka diyarının qubernatoru Vladimir Solodov "Telegram" kanalında məlumat verib.

“Ən güclü təkanlar zamanı həkimlər əməliyyatı dayandırmayıb, soyuqqanlılıqlarını və peşəkarlıqlarını qoruyub saxlayıblar”, - deyə rayon rəhbəri qeyd edib.

O, həkimlərə göstərdikləri fədakarlıq və cəsarətə görə təşəkkür edib.

Qeyd edək ki,  Kamçatka yaxınlığında Sakit okeanda 8,7 bal gücündə zəlzələ baş verib. 

Gülayə Mecid