Dünyaca məşhur amerikalı müğənni Katy Perryinin sabiq Kanada Baş naziri Castin Trüdo ilə eşq yaşadığı iddia olunub. 

"Unikal" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, cütlük Monreal şəhərində yerləşən “Le Violon” adlı romantik restoranda şam yeməyi zamanı görüntülənib.  

Nəşr Perry və Trüdonun şam yeməyində səmimi söhbət aparmasını xüsusilə vurğulayıb. 

Bildirək ki, hazırda Perry “Lifetimes” adlı konsert turu ilə Kanadadadır.  

Qeyd edək ki, Trüdo 2023-cü ilin avqustunda 18 illik evlilikdən sonra həyat yoldaşı Sofi Qreqoardan boşandığını elan etmişdi. Cütlüyün üç övladı var.  O, bu ilin yanvar ayında tutduğu vəzifədən istefa verib. 

Katy Perry isə aktyor Orlando Bloom ilə birlikdə olub. Onların dörd yaşlı qızları var. 

Gülayə Mecid