Kamçatkada baş verən zəlzələdən sonra sunami ABŞ-nin Kaliforniya ştatının sahillərinə təsir edib.

"Unikal" xəbər verir ki, ABŞ Milli Meteoroloji Xidməti məlumat yayıb.

"Tsunami Kaliforniya sahillərinə çatıb", -  məlumatda qeyd olunub.  

Qeyd edildiyi kimi, dalğa sahil boyu hərəkət edir. Bundan başqa, Kuril adalarında sunami dalğalarının hündürlüyü üç metri keçib.