Məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi dövrdən indiyədək 14 yeni bağça istifadəyə verilib.
"Unikal" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova səsləndirib.
O bildirib ki, 3 müəssisə əsaslı təmir olunub: "2025-2026-cı tədris ilində isə daha 11 yeni bağçanın fəaliyyətə başlaması planlaşdırılır".