Şəmkirdə yeniyetmə kəsici alətdən xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun ərazisində baş verib. Rayonun sakini 2008-ci il təvəllüdlü P.Mustafayev qolunun kəsilmiş yarası ilə ağır vəziyyətdə xəstəxanaya çatırılıb.
Yeniyetməyə dərhal yardım edilib, hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Yeniyetmənin hansı şəraitə xəsarət alması məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov