Bütün Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda, Suxumi və Abxaziya mitropoliti II İliya Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
"Unikal" xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Zati-alinizi Gürcüstan kilsəsi adından və şəxsən öz adımdan ürəkdən salamlayıram. Sizi dünya səviyyəli tanınmış siyasət və dövlət xadimi, dahi şəxsiyyət Prezident Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təbrik edirəm.
Yüz il əvvəl Naxçıvanda anadan olmuş bu böyük insan tarixə mühüm töhfələr verdi və həmçinin Azərbaycan üçün rəmzə çevrildi. Qeyd edilməlidir ki, Heydər Əliyev titanik fəaliyyəti ilə həm sovet, həm də postsovet dövründə öz köklərini unutmurdu və hər zaman Vətəninin böyük pərəstişkarı idi. Öz xalqının ona olan dərin məhəbbəti onun ən böyük vəzifəni tərk edərək xalqın istəyi ilə Vətənə qayıtması və bütün gücünü ağır vəziyyətdə olan ölkəsinə sərf etməsindən qaynaqlanır. Məhz bu davranış onun yenidən irəliləməsinə səbəb oldu ki, bu da Azərbaycanın dirçəlməsi üçün həyata keçirilən növbəti olduqca əhəmiyyətli onillik dövrlə əlaqədardır. Buna görə də o, öz xalqı və beynəlxalq ictimaiyyət tərəfindən sevilən hörmətli şəxsiyyətə çevrildi.
Siz onun yolunu uğurla davam etdirirsiniz, cənab Prezident. Bunun nəticəsidir ki, Azərbaycan artıq son 20 ildir uğurları, quruculuğu və əmin-amanlığı ilə seçilir.
Cənab Heydər Əliyevin və cənab Eduard Şevardnadzenin fəaliyyətləri eyni dövrə təsadüf edir. Onların səmimi əlaqələri ölkələrimizin və xalqlarımızın dostluğuna səbəb olmuşdur. Bunun nəticəsidir ki, Tbilisidə Kür çayının sağ sahilində bir mərkəzi bölməyə Heydər Əliyevin adı verildi.
Tanrıya şükürlər olsun ki, ölkələrimiz arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri yenə də davam edir. Ümid edirəm ki, hörmət və ədalətə əsaslanan bu münasibətlər gələcəkdə daha da dərinləşəcəkdir.
Bir daha Sizi və bütün Azərbaycan xalqını cənab Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə təbrik edir, ölkənizə xoşbəxt gələcək arzulayıram.
Dərin hörmətlə,
II İliya
Bütün Gürcüstanın Katolikos-patriarxı,
Mtsxeta və Tbilisi arxiyepiskopu,
Pitsunda, Suxumi və Abxaziya mitropoliti"