İran kəşfiyyatı və polisi Sistan və Bəlucistan əyalətinin Zabol şəhərində İŞİD terror qruplaşmasının üzvünü həbs edib.

"Unikal" xəbər verir ki,  bu  barədə “Mehr” agentliyi məlumat yayıb. 

Sistan və Bəlucistan əyalətinin polis rəisi general Dustali Cəlilyan bildirib ki, İran kəşfiyyat qüvvələri İŞİD terror qruplaşmasının üzvünün Zabol şəhərinin kəndlərindən birində məskunlaşdığını müəyyən edib.

Onun gizləndiyi yeri tapmaq üçün keçirilən xüsusi hərbi əməliyyatdan sonra İran kəşfiyyatı və polisi bu İŞİD terrorçusunu həbs etməyə nail olub. İlkin araşdırma zamanı qonşu ölkələrdən birinin vətəndaşı olan həmin şəxsin ərazidə İŞİD terroruna yardım etdiyi məlum olub.