Ukrayna-Rusiya müharibəsinin davam etdiyi Ukraynanın Xarkov şəhərində təhlükəsizlik məqsədilə metrostansiyada boks turniri keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Belə ki, müharibədən ən çox zərər çəkən şəhərlərdən biri olan Xarkovda “Xarkov müdafiə qəhrəmanları” mövzusunda boks turnirinin açılışı olub.
Təhlükəsizlik məqsədilə “Ukrayna Müdafiəçiləri Metro Stansiyasında” keçirilən turnirdə Ukrayna Boks üzrə Milli Komandanın və Xarkov Boks Komandasının idmançıları iştirak ediblər.
Birgünlük turnirin açılışında çıxış edən Xarkov vilayətinin Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov belə bir tədbiri Xarkovda təşkil etməkdən məmnun olduğunu bildirib.