TÜRKPA Missiyası Türkiyədə seçki məntəqələrində müşahidə aparır.

"Unikal" xəbər verir ki, prezident və parlament seçkilərini müşahidə etmək üçün Türkiyədə səfərdə olan TÜRKPA Seçk Müşahidə Missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Ağalar Vəliyev və Anar Məmmədov, Qazaxıstan və Qırğızıstan millət vəkilləri, TÜRKPA katibliyinin əməkdaşları seçki günü seçki məntəqələrində prosesin gedişini və vətəndaşların fəallığını izləyiblər.

 

xxx

11:36

TÜRKPA Seçki Müşahidə Missiyası Türkiyədə seçkiləri izləyir.

"Unikal" xəbər verir ki, 14 may 2023-cü ildə Türkiyə Cumhuriyyətində prezident və parlament seçkilərini müşahidə etmək üçün Türkiyədə səfərdə olan TÜRKPA nümayəndə heyətinin rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Ağalar Vəliyev və Anar Məmmədov səfər çərçivəsində seçkilərlə bağlı hazırlıqlarla, seçki məntəqələrində prosesin gedişi ilə tanış olublar. TÜRKPA Seçki Müşahidə Missiyası həmçinin prezidentliyə namizədlərin nümayəndələri, o cümlədən parlamentə olan namizədlər və onların nümayəndələri ilə görüşüblər. Onlar eyni zamanda seçki prosesində iştirak edən siyasi partiyaların qərargahlarında olub və onların nümayəndələri ilə görüşlər keçiriblər.