Almaniya kansleri Olaf Şolts və Ukrayna prezidenti Volodimir Zelenski Almaniyanın paytaxtı Berlində görüşüblər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ikitərəfli görüşdən sonra Şolts və Zelenski birgə mətbuat konfransı keçirib.
Kansler açıqlamasında Ukraynanı sona qədər dəstəkləyəcəklərini vurğulayaraq, Ukraynanın sülhə hazır olduğunu, lakin Rusiyanın diktə etdiyi sülhün ola bilməyəcəyinin aydın olduğunu vurğulayıb.
Zelenski Almaniyaya köməyə və Rusiya işğalı səbəbindən Almaniyaya qaçan bir milyona yaxın ukraynalıya qapılarını açdığına görə təşəkkür edib.
Ağarza Elçinoğlu