“Seçki qadağası aradan qaldırıldı”
"Unikal" xəbər verir ki, bunu Türkiyə YSK sədri Əhməd Yener bildirib.
14 may 2023-cü il seçkiləri ölkə daxilində sakit başa çatdı. Saat 18:30-dan etibarən yayım qadağasını qaldırdıq. YSK-nın müvəqqəti nəticələrinin açıqlanmasını gözləməyi ictimaiyyətə bildiririk.
19:28
Türkiyənin Radio Televiziya Şurası (RTÜK) seçki qadağası ilə bağlı yeni açıqlamalar verib.
"Unikal" xəbər verir ki, RTÜK sədri Ebubekir Şahin bildirib ki, Türkiyənin növbəti 5 ili üçün keçirilən seçkilərin nəticələri Bakı vaxtı ilə axşam saat 10:00-dan öncə elan edilə bilməz.
"YSK qərarlarına görə, saat 21:00-dan əvvəl seçki nəticələrinin verilməsi seçki qadağaları çərçivəsindədir. YSK-nın bu dəfə gecikdirmə səlahiyyəti var. Başqa cür elan edilmədiyi təqdirdə, seçkilərin nəticələrinin göstərilməməsi qanuni tələbdir. Böyük əhəmiyyətlə elan olunur", - deyə Şahin açıqlayıb.
Ağarza Elçinoğlu