İyunun 1-də Kişinyovda Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.
“İyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanın, Azərbaycan prezidenti İlham Əliyevin, Fransa prezidenti Emmanuel Makronun, Almaniya kansleri Olaf Şolz və Avropa Şurasının prezidenti Şarl Mişel, iştirakı ilə beştərəfli görüşün müzakirələrinin davam etdirilməsi barədə razılıq əldə olunub", - məlumatda deyilir.
Qeyd olunur ki, iyulda Paşinyan, Əliyev və Avropa İttifaqı prezidentinin Brüsseldə görüşü planlaşdırılır.
Bundan əvvəl Avropa Şurasının rəhbəri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiyası məsələləri üzrə ikitərəfli görüşlərin bərpası barədə razılığa gəliblər . O, sərhəd məsələləri ilə bağlı qərarın danışıqlar yolu ilə veriləcəyini vurğulayıb.