Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borellə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə "Twitter" hesabında paylaşıb.
Qeyd edilib ki, görüş Brüsseldə baş tutub.