Böyük Britaniyaya səfər çərçivəsində ASAPES-in "İdman menecmenti" ingilis dilli magistr proqramının tələbələri Koventri Universitetində "İdman menecmenti" ixtisaslaşması üzrə proqram direktoru və dosenti Saymon Jerardın “Qeyri-kommersiya idman təşkilatlarının sosial-iqtisadi dəyişiklikləri” mövzusunda mühazirəsini dinləyiblər.

Bu barədə  "Unikal"a  ASAPES-in mətbuat xidmətindən məlumat verilib.  

Bildirilir ki, tələbələrə təşkilatlar haqqında ətraflı məlumat verildikdən sonra qeyri-kommersiya təşkilatlarının rolu, bu sahədə hibridləşmə prosesinin artması, risk faktorları, ictimai maliyyələşmə və digər mövzulara toxunulub. Kütləvi idman klublarının hibdridləşmə prosesinin qiymətləndirilməsinə dair sorğunun nəticələrini bölüşən Saymon Jerard tələbələri maraqlandıran sualları cavablandırıb.