“Dünyada olan bütün görkəmli insanları hər zaman yadda saxlayırıq. Heydər Əliyev də məhz elə şəxsiyyətlərdən olub".
"Unikal" xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.
"Azərbaycan haqqında danışanda xüsusi şəxsiyyət kimi Heydər Əliyevin qürurla qeyd edə bilərik. Azərbaycan xalqı ona təşəkkür etməlidir. Sizin iqtisadiyyatınızın güclü olması onun uzaqgörənliyinin nəticəsidir. Onun sayəsində Azərbaycan çox gözəl tanınır və beynəlxalq aləmdə hörmətə və nüfuza malikdir", - deyə Duarte Paçeko əlavə edib.
Anar Kəlbiyev