“İnsan öz hərəkətlərinə görə qiymətləndirilir. Heydər Əliyev müasir Azərbaycanın formalaşdırılmasında mühüm rol oynayan ümummilli lider idi”.
"Unikal" xəbər verir ki, bunu Gürcüstan Parlamentinin Sədri Şalva Papuaşvili Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan müstəqilliyinin ilk ağır illərindən sonra Ulu Öndər xalqın milli ruhunu yüksəltdi, gücləndirdi, milli oyanışı təmin etdi, milli dövlətçiliyin möhkəm təməlini qoydu:
“O, bir sıra səmərəli siyasətlər vasitəsilə Azərbaycanı yenidən formalaşdırıb, güclü, sabit, firəvan dövlətə çevirib: “Ulu öndər Qafqaz regionunda sülhün və sabitliyin sadiq tərəfdarı idi. Onun Gürcüstanla Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində mühüm rolu olub. O həm də beynəlxalq aləmdə uzaqgörən lider adını qoruyub saxlaya bildi”.
Anar Kəlbiyev