"Heydər Əliyev müasir Azərbaycanın banisi və xilaskarı olub. Hazırda Heydər Əliyevin dühası nəinki Azərbaycan xalqı üçün, bütün türk dünyasında mənəvi oriyentirə çevrilib".
"Unikal" xəbər verir ki, bunu Qazaxıstan Parlament Məclisinin Sədri Yerlan Koşanov Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasda çıxışı zamanı deyib.
"Heydər Əliyev Qazaxıstanda bizim xalqımıza qarşı səmimi qardaşlıq münasibətlərinə görə tanınır. Bizim əlaqələrimizin əbədi və möhkəm olması üçün böyük səylər göstərib", - deyə Y.Koşanov bildirib.
Anar Kəlbiyev