“Ümummilli Lider Heydər Əliyevin xalq üçün danılmaz böyük xidmətləri olub. O bir çox çətinlikləri dəf edərək Azərbaycan dövlətinin müstəqilik tarixinin əsasını qoyaraq böyük uğurlar qazanıb”.
"Unikal" xəbər verir ki, bunu Qırğızıstan Joqorku Keneşin Sədri Nurlanbek Şakiyev Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasda çıxışı zamanı deyib.
Keneşin sədri bildirib ki, Azərbaycan iqtisadiyyatının güclənməsi də məhz Ulu Öndərin adı ilə bağlıdır: “Yüksək peşəkarlığı ilə Azərbaycan dövlətinin daha da çox inkişaf etməsinə zəmin yaradıb. O zamandan bu yana ölkənizin bugünkü uğurlu inkişafı göz önündədir. Bütün xidmətləri nəticəsində Heydər Əliyev böyük şəxsiyyət kimi xalqının yaddaşında əbədi yaşayacaq. Azərbaycanın müstəqillik yolunda atdığı addımlar, əmin-amanlığın qorunub saxlanmasında da onun böyük səyləri olub. Heydər Əliyev tək müstəqil Azərbaycanda deyil, eləcə də keçmiş Sovet İttifaqında böyük iz qoyan siyasi xadim olub”.
Anar Kəlbiyev