"Heydər Əliyev böyük vətənpərvər olub, həmişə azərbaycanlı olması ilə fəxr edib. Heydər Əliyevin unikal liderlik keyfiyyəti, qətiyyəti sayəsində Azərbaycan xalqı problemlərini həll etməyi bacarıb".
"Unikal" xəbər verir ki, bunu Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan çox qısa dövrdə beynəlxalq arenada böyük nüfuz qazanıb: "Qısa dövrdə böyük islahatlar keçirilib və bir çox xalqlar bu təcrübədən yararlanmağa çalışır. Sevindirici haldır ki, Prezident İlham Əliyev atasının yolu ilə Azərbaycanın uğurlu inkişafını davam etdirir”.
Tənzilə Narbayeva qeyd edib ki, Heydər Əliyevin Özbəkistan qarşısında xidmətləri unudulmur: “Özbəkistanda da Heydər Əliyevin 100 illiyi qeyd olunur, silsilə tədbirlər keçirilir. Bu, özbək xalqının Heydər Əliyevə qarşı böyük ehtiramının göstəricisidir. Heydər Əliyevin xatirəsi özbək xalqının qəlbində daim yaşayacaq”.
Anar Kəlbiyev