"Azərbaycan böyük tarixə malikdir və dinamik, maraqlı bir regionda yerləşir. Biz istərdik ki, ölkələrimiz arasında olan dostluq münasibətləri daha da genişlənsin".
"Unikal" xəbər verir ki, bunu Pakistan Milli Assambleyanın sədr müavini Zahid Akram Durrani Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasda çıxışı zamanı deyib.
O bildirib ki, Heydər Əliyev Azərbaycanın inkişafını, rifahını təmin edən şəxsiyyət olub, ölkəyə çətin dövrlərdə rəhbərlik edib: "Azərbaycan çətinliklərə baxmyaraq rifah yoluna qədəm qoyub və bunu davam etdirir. Azərbaycan inkişaf edən bir ölkədir. Heydər Əliyev Azərbaycan xalqının həyatında böyük iz qoyub. İnanırıq ki, Pakistan və Azərbaycan qarşılıqlı çalışaraq rifaha nail ola bilər. Ticarət, iqtisadiyyat, enerji, turizm sahəsində əməkdaşlıq üçün böyük imkanlar var. Biz əməkdaşlığı daha da dərinləşdirməklə inkişafı, rifahı təmin etmiş olacağıq. Heydər Əliyevin irsi xalqları inkişaf yoluna qədəm qoymağa ruhlandırıb”.
Anar Kəlbiyev