Qırğızıstan parlamentində insan hüquqları üzrə müvəkkilin - ombudsmanın seçilməsi ilə bağlı xüsusi iclas keçirilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 46 yaşlı Cəmilə Camanbayeva Qırğızıstanın yeni Ombudsmanı seçilib. Camanbayevanın namizədliyi hökumətyönlü “Ata-Jurt” Qırğızıstan fraksiyası tərəfindən irəli sürülüb. Onu 48 deputat dəstəkləyib.
Bildirilir ki, o, 23 il prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
Gülayə Mecid