Fransanın eks-prezidenti Nikola Sarkozi nüfuz alveri ittihamı ilə bir il real həbs və iki il sınaq müddətinə həbs edilib.
"Unikal" AFP-yə istinadən bildirir ki, bu barədə Paris Apellyasiya Məhkəməsi qərar çıxarıb.
İstintaqın məlumatına görə, Fransanın keçmiş rəhbəri 2014-cü ildə vəkili vasitəsilə Kassasiya Məhkəməsinin əməkdaşına onun qanunsuz seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı aparılan istintaqın gedişi barədə məlumat müqabilində Monakoda vəzifə almağa kömək edəcəyinə söz verib.
Ağarza Elçinoğlu