Çin Xalq Respublikası Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Xuey Ukraynaya gedib.
"Unikal" xəbər verir ki, Li Xueyin Ukrayna lideri Vladimir Zelenski ilə görüşüb-görüşməyəcəyi hələ dəqiqləşdirilməyib.
Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bir müddət öncə bildirmişdi ki, Çinin xüsusi nümayəndəsi 16-17 may tarixlərində Ukraynaya 2 günlük səfər edəcək.