Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub.
"Unikal" xəbər verir ji, bağlanış oyununda "Sabah" Sumqayıtda eyniadlı komandanın qonağı olub. "Kapital Bank Arena"da keçirilən görüş Bakı klubunun böyükhesablı qələbəsi ilə başa çatıb - 4:0.
Qonaqlardan qolları 34-cü dəqiqədə Con İrasabal, 44-cü dəqiqədə Davit Volkov, 45+1-ci dəqiqədə Kristian da Silva və 72-ci dəqiqədə Kristian Sebalyos vurublar.