UEFA-nın sosial şəbəkə səhifəsindən Çempionlar Liqası ilə bağlı qalmaqallı paylaşım edilib.
"Unikal" xəbər verir ki, paylaşımda turnirin finalında hansı komandaların üz-üzə gələcəyi açıqlanıb və oyun üçün uduşlu biletlərin anonsu verilib.
Paylaşımdakı fotoda “Real” və “İnter” komandalarının qarşılaşacağı göstərilib və fotoya “Finalçılar bəllidir və səhnə hazırdır” şərhi yazılıb. Halbuki, “İnter” ÇL-in finalına vəsiqə qazansa da, digər finalçı müəyyənləşməyib.
Tvit tezliklə hesabdan silinib. Məsələ ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib.