Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Ukraynanın Odessa şəhərində yerləşən mənzilini satışa çıxarıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Bildirilir ki, sözügedən evin qiyməti 200 min dollar olaraq qiymətləndirilir.
Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanılıb. O, uzunmüddətli aclıq aksiyasından sonra hazırda Tbilisidə klinikada müalicəsini davam etdirir.