Ermənistan polisinin Davitaşen bölməsinin rəis müavininə sui-qəsd olub.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Bildirilir ki, güllə yarası alan Koryun Arakelyan xəstəxanaya aparılıb. Evinin qarşısında naməlum şəxsin hücumuna məruz qalan rəis müavinin vəziyyəti ağırdır.
Hadisə yerində polis cəlb edilib. Araşdırma aparılır.
Gülayə Mecid