Rusiyanın müdafiə naziri Sergey Şoyqu "Vostok" hərbi qruplaşmasının Ukraynanın Zaporojye vilayəti istiqamətindəki birləşmələrindən birinin komanda məntəqəsinə gedib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, məntəqəyə baxış keçirən nazir "Vostok" qrupunun komandiri və qərargah zabitlərinin hesabatlarını dinləyib.
Onlar mövcud vəziyyət, düşmənin hərəkətlərinin mahiyyəti və əsas taktiki rayonlarda rus qoşunlarının döyüş tapşırıqlarının yerinə yetirilməsi barədə məruzə ediblər. “
Şoyqu qruplaşmanın komandirlərinin qarşısına kəşfiyyatı davam etdirmək, eləcə də şəxsi heyətin təhlükəsiz yerləşdirilməsinə diqqət yetirmək vəzifəsi qoyub.
Ağarza Elçinoğlu