"Unikal" xəbər verir ki, məsələ ilə bağlı müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında canlı yayım açaraq Aysunun başına gələnlərdən söz açıb:
“Eşqin Aysuna əl də qaldırıb, söyüş də söyüb. Aysunun yaşadıqlarını heç bir insan yaşaya bilməzdi. Yenə də o susub, dözüb, ailəsini tutub. Aysun birinci davalarından sonra da ailəsini seçdi, dedi ki, ana, mən Eşqinə ikinci dəfə şans verirəm, barışdılar. Mən dəfələrlə Eşqini qabağıma qoydum, danışdım, başa saldım. Aysunun yanında mənim kimi anası, valideyni var...”
Qeyd edək ki, cütlük 2022-ci ilin iyunun 30-da ailə həyatı qurub, 2023-cü ilin mayında isə rəsmi şəkildə boşanıb.