"Qırmızı Kitab"da flora üzrə 50-dən çox, fauna üzrə 42 növ çəhrayı siyahıya salınıb”.

"Unikal" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Bioloji müxtəlifliyin qorunması mövzusunda keçirilən konfransda  bildirib.

Onun sözlərinə görə, "Qırmızı Kitab"ın lll nəşrində Naxçıvanın flora və faunası daha geniş təsvir edilib: “Təbii ki, digər nəşrlərdə də Naxçıvanın təbiəti təsvir edilib. Yeni nəşrdə isə daha geniş yer verilib".

V.Kərimov bildirib ki, “Qırmızı Kitab”ın III nəşri Türkiyədə çapdan çıxıb: "Kitabda əsas və çəhrayı olmaqla iki siyahı mövcuddur. Çəhrayı siyahının əsas siyahıdan fərqi ondadır ki, orada olanlar hər hansı bir xüsusi mühafizəyə salınmır. Flora üzrə 50-dən çox, fauna üzrə 42 növ çəhrayı siyahıya əlavə olunub”.

Qeyd edək ki, II cilddə nəşr olunan "Qırmızı Kitab"ın III nəşrində nadir, nəsli kəsilmək təhlükəsi altında olan 241 fauna növü (152 onurğalı, 89 onurğasız) və 460 flora növü (423 bitki: 383 ali, 15 all sporlu, 6 mamır, 14 şibya, 5 yosun; 37 göbələk) öz əksini tapıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından nadir və nəsli kəsilmək təhlükəsində olan növlər də öyrənilərək III nəşrə daxil edilib.