Mayın 22-də saat 22 radələrində Xətai rayonunda yerləşən hotellərdən birində Bakı şəhər sakinləri – 2003-cü il təvəllüdlü Sübhan Şərifzadə və 2004-cü il təvəllüdlü Samir Qədimzadə xuliqanlıq zəminində paytaxt sakini 1979-cu il təvəllüdlü şəxsi döyməsi, hoteldə olan əşyaları dağıdaraq 1000 manat məbləğində ziyan vurmaqla xuliqanlıq hərəkətləri törədiblər.
Bu barədə "Unikal"a DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib. Xəbərə görə, həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı prosessual qanunvericiliyə uyğun olaraq araşdırma aparılır.
Mayın 23-də saat 22:30 radələrində Faiq Əlverdiyev, Zaur Əsgərov, Əli Məlikov, Əli Əhmədov, Cavid Nəbiyev, Orxan Məmmədov və Seymur Allahverdiyev Xətai RPİ 37-ci PŞ-nin qarşısında toplaşaraq məsuliyyətə cəlb edilən tanışlarının saxlanılmasına etiraz olaraq səs-küy salaraq polis əməkdaşları ilə mübahisəli vəziyyət yaratdıqlarına görə polis bölməsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilib.