Bakıda heroin alverçisi saxlanılıb.

"Unikal"ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Şəhər sakini Niyazov Cavid Azər oğlu paytaxtın Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 41/47 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinə gətirilib, üzərində axtarış aparılan zaman üzərindən 205,032 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Nəsimi RPİ-də CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq edilir.