Kolumbiya sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri təxminən 272 min nəfər əhalisi olan Monteriya şəhərindən 134 kilometr qərbdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat yoxdur.