Gecə hücumu zamanı ruslar tərəfindən buraxılan İrana məxsus 36 "Şahed" kamikadze pilotsuz uçuş aparatlarının (PUA) hamısı vurulub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri açıqlayıb.
Məlumata görə, PUA-lar həm şimal, həm də cənubdan buraxılıb: "Onların ehtimal olunan hədəfləri Ukraynanın qərb bölgələri olub. Pilotsuz təyyarələrdən bziləri hava hücumundan müdafiə, digərləri isə pilotlar tərəfindən vurulub".
Ağarza Elçinoğlu