"Belarus ərazisində qeyri-strateji nüvə silahı yerləşdirən Rusiya onu respublikaya vermir, nüvəyə nəzarət edir və onun istifadəsi ilə bağlı qərar Moskvanın ixtiyarındadır".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
"Rusiya nüvə silahını Belarus Respublikasına vermir: onlara nəzarət və onlardan istifadə qərarı Rusiya tərəfindədir", - deyə nazir Rusiyanın qeyri-strateji nüvə silahlarının Belarusda xüsusi bölmədə saxlanması prosedurunu müəyyən edən sənədlərin imzalanması zamanı deyib.
Belarus tərəfi adından sənədləri respublikanın müdafiə naziri Viktor Xrenin imzalayıb.
Bundan əlavə, Şoyqu qeyd edib ki, gələcəkdə İttifaq dövlətinin təhlükəsizliyini təmin etmək və hərbi-siyasi vəziyyətə cavab vermək üçün əlavə tədbirlər görülə bilər.
Ağarza Elçinoğlu