Rusiyanın özəl "Vaqner" hərbi qruplaşması bu gündən başlayaraq iyunun 1-dək Baxmutdan çıxacaq.
"Unikal" xəbər verir ki, bu barədə təşkilatın yaradıcısı Yevgeni Priqojin bildirib.
"Qərb kənarında müdafiə xətləri quruldu. Buna görə də, "Vaqner" mayın 25-dən iyunun 1-dək Baxmutdan ayrılır. İyunun 1-dən bir dənə də olsun "Vaqner" döyüşçüsü ön sıralarda olmayacaq", - deyə rusiyalı iş adamı bildirib.
Bundan əvvəl Priqojin artıq döyüşçülərinin istirahət və yenidən hazırlıq üçün arxa cəbhəyə çəkildiyini elan etmişdi. O, Baxmutdakı mövqelərin nizami orduya veriləcəyini deyib.
Ağarza Elçinoğlu











.jpg)











.jpg)





.jpg)



.jpg)




.jpg)



.jpg)

.jpg)


.jpeg)









