"Prezident seçkilərində mümkün qələbəsindən sonra Nazirlər Kabinetini tez formalaşdırmaq lazım gələcək".
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Biz tez bir zamanda Nazirlər Kabinetini formalaşdırmalıyıq. Biz oturub dostlarımızla birgə qiymətlər verəcəyik, xalqımızın rifahının yaxşılaşdırılması, ölkəmizin inkişafı üçün addımlar atacağıq”, - Türkiyə lideri bildirib.
Bundan əvvəl bildirilmişdi ki, Türkiyə vətəndaşlarının əksəriyyəti üç gün sonra - mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyə hazırlaşır. Kondanın sorğusuna əsasən, respondentlərin 52,7%-i Türkiyə liderinin lehinə olub.
Dövlət başçısının rəqibi, müxalifətin altıpartiyalı alyansının namizədi Kamal Kılıçdaroğlu respondentlərin cəmi 47,3%-nin dəstəyini alır. Bununla yanaşı, Konda seçkilərdən dərhal əvvəl bəzi seçicilərin rəyinin dəyişəcəyini istisna etmir, çünki Türkiyə prezident üsul-idarəsinin tətbiqindən sonra ilk dəfə səsvermənin ikinci turu ilə üz-üzədir.