İyunun 1-də Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində Bakı və İrəvan sülh müqaviləsi imzalaya bilər.

"Unikal" "Reuters"ə istinadən xəbər verir ki,  bunu  Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva xarici jurnalistlərə açıqlamasında deyib. 

Bildirilir ki, sammit çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla yüksək səviyyəli danışıqlar aparacaqlar.

Gülayə Mecid