Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyinin və Nyu-York Baş konsulluğunun yerləşdiyi “Türk Evi”nə hücum edən şübhəli şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, şübhəli şəxsin Türkiyənin Giresun vilayətində qeydiyyatda olan Recep Akbıyık olduğu müəyyən edilib.

Qeyd olunub ki, Recep Akbıyıkın barəsində daha əvvəl Türkiyədə "yaralama, hədə-qorxu və narkotik saxlamaq" maddələri üzrə cinayət işi açılıb.