Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Unikal" xəbər verir ki, mətndə deyilir:
"Zati-aliləri!
Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü münasibətilə Kraliça ilə birlikdə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.
Səmimi-qəlbdən ümid edirik ki, Malayziya ilə Azərbaycan arasında mövcud olan çoxillik əlaqələr qarşıdakı illərdə dövlətlərimizin rifahı naminə daha da möhkəmlənəcəkdir.
Uca Allahdan Zati-alinizə cansağlığı, Azərbaycan Respublikasına və onun xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq diləyirəm".