Məşhur müğənni Selin Dion ölümcül xəstəlik səbəbindən Avropa turunu ləğv edib.

"Unikal" xəbər verir ki, müğənni 25 ölkədə nəzərdə tutulan konsertinin baş tutumayacağına görə pərəstişkarlarından üzr istəyib. 

“Sizi bir daha məyus etdiyim üçün çox üzr istəyirəm. Gücümü bərpa etmək üçün həqiqətən çox çalışıram, amma qastrol səfərləri çox çətin ola bilər. İstəyirəm ki, hamınız biləsiniz ki, mən təslim olmuram. Sizi yenidən görmək üçün əbrsizlənirəm!" - ifaçı paylaşımında bildirib.

O, həmçinin söz verib ki, alınan biletlərin bütün vəsaiti satış yerlərində geri qaytarılacaq.

Celine Dion 2020-ci ilin martında ABŞ-da dünya turnesinə başlayıb. Lakin pandemiyanın başlanması səbəbindən Avropa şəhərlərindəki konsertlər təxirə salınmalı olub. Onlar 2023-cü ilin avqustundan 2024-cü ilin aprelinə qədər planlaşdırılıb. Ötən il müğənni sağalmaz nevroloji xəstəlikdən əziyyət çəkdiyini etiraf edib.