Cənubi Afrikada 38 yaşlı model "Miss Bolqarıstan 2007" Qerqana Koçanova başından güllələnib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, modellə yanaşı, kriminal avtoritet Krasimir Kamenov-Kuro, onların mühafizəçisi və modelin qulluqçusu da qətlə yetirilib.
Hadisə mayın 25-də cütlüyün Keyptaundakı malikanəsində baş verib.
Qeyd edək ki, cütlük qanunla bağlı problemlərə görə 2015-ci ildə evləndikdən az sonra Bolqarıstandan Afrikaya mühacirət edib. Krasimir İnterpol tərəfindən axtarışa verilmişdi.