Rusiya, Türkiyə, Suriya və İran nümayəndələri xarici işlər nazirlərinin müavinləri səviyyəsində  Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsinin hazırlanmasını müzakirə edəcəklər.

"Unikal" xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavşoğlu bildirib. 

“Dörd ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində nümayəndələri yaxın günlərdə görüşəcək və normallaşma prosesi üçün yol xəritəsinin hazırlanması üzərində işləyəcəklər. Bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovla son telefon danışığında müzakirə olunub”, - Çavuşoğlu bildirib.

O, həmçinin qeyd edib ki, Suriya nizamlanması məsələsi mayın 24-də telefonla həll olunub.

Bundan əvvəl Lavrovun türkiyəli həmkarı Çavuşoğlu ilə telefon danışığı apardığı bildirilirdi . Söhbət zamanı idarə rəhbərləri Suriya məsələsini müzakirə ediblər. Qeyd olunur ki, danışıqlar zamanı nazirlər  Türkiyə, Rusiya , Suriya və İran liderlərinin iştirakı ilə Moskvada keçirilən xarici işlər nazirləri dördlüyü görüşü ilə bağlı məsələləri müzakirə ediblər.