2009-cu ildən vətəndaşların xidmətində olan Bakı Beynəlxalq Avtovağzal Kompleksində hansı xidmətlərin mövcud olduğunu bilirdiniz?

"Unikal" xəbər verir ki, BBAK-da müasir standartlara cavab verən bilet satışı kassaları, saxlama kameraları, gözləmə zalları, avtobus perronları, açıq və qapalı parkinq, ticarət mərkəzi, poçt xidmətləri fəaliyyət göstərir.

Qeyd edək ki, respublikanın 60-dan çox şəhər və rayonlarına sərnişin daşıyan Bakı Beynəlxalq Avtovağzal Kompleksində nəqliyyat vasitələri hər gün reys öncəsi texniki baxışdan, sürücülər isə tibbi müayinədən keçirilir.