Oğuz rayonunda baş verən yol qəzasında 2 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində  baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2107"də olan iki sərnişin, 1961-ci il təvəllüdlü Kəmalə Cabbar qızı Qaziyeva və 1998-ci il təvəllüdlü Şəlalə Cövdət qızı Rəsullu xəsarət alaraq , Təcili Tibbi Yardım avtomobili ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli