İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan xalqını 28 May Müstəqillik Günü münasibəti ilə təbrik edib.
"Unikal" xəbər verir ki, səfir bu barədə “Tvitter”-də paylaşım edib.
“Müstəqillik Günün mübarək, Azərbaycan! Bu gün biz Azərbaycanın müstəqilliyə və tərəqqiyə doğru gedən yoluna işıq salan sarsılmaz ruhu qeyd edirik. Bayrağınız yüksəklərdə dalğalansın, mədəniyyətiniz çiçəklənsin, xalqınız həmrəylik və uğurun rəngləri ilə parlasın. Müstəqillik Gününüz mübarək!”- deyə paylaşımda bildirilib.