Türkiyə ilə İran arasındakı sərhəd divarının tikintisi 2023-cü ilin sonunadək başa çatacaq.
"Unikal" xəbər verir ki, sərhəd divarının tikilməsində məqsəd qaçqınların ölkəyə girişinin qarşısını almaqdır.
Türkiyə rəsmiləri ölkənin cənub-şərqində yerləşən Van bölgəsində İranla sərhəd divarının 96 kilometrinin tamamlandığını açıqlayıblar.
Qeyd edək ki, Türkiyənin İranla təxminən 560 km ümumi sərhədi var ki, bunun da 295 km-i Van bölgəsindədir.