Rusiya Belarusa daha bir neçə S-400 zenit-raket kompleksləri tədarük edib.

"Unikal" xəbər verir ki, bu barədə bazar günü Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"S-400 zenit-raket kompleksinin növbəti hissəsi Belarus Respublikasına gəlib. Yaxın vaxtlarda kompleks döyüş növbəsinə keçəcək. Belarus zenitçilərinin döyüş istifadəsi üzrə tam hazırlıq kursu keçib”, - mesajda deyilir.

Müdafiə Nazirliyi qeyd edib ki, Belarus silahlı qüvvələrin birləşmə və hərbi hissələrinin yeni müasir silahlarla təchiz edilməsi də daxil olmaqla, regional qüvvələr qrupunun döyüş potensialının artırılması üzrə tədbirlərin həyata keçirilməsini davam etdirir.