İranın Xorasan vilayətinə yağan leysan yağışları və daşqınlar insan ölümünə səbəb olub.
"Unikal" İran KİV-ə istinadla xəbər verir ki, bu barədə Şimali Xorasan Valiliyinin Böhranların İdarə Edilməsi Baş İdarəsinin rəisi Qulamrza Şəfiq bildirib.
O, Şirvan şəhərində daha 2 nəfərin öldüyünü bildirib: "Ölənlərin sayı 4 nəfərə çatıb. Digər 2 nəfər isə Fəruc şəhərində ölüb".
Təbiət hadisəsi nəticəsində magistral yollara, avtomobillərə, infrastruktura ciddi ziyan dəyib.
Ağarza Elçinoğlu